Rusiya əks-hücuma keçdi – TƏFƏRRÜATLAR
10 Sentyabr 2024 20:51 DünyaRusiya ordusu Kurskda genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb.
Olaylar xəbər verir ki, Rusiya qoşunları Kursk vilayətində üçüncü istiqamət üzrə - Olqovkadan Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan ərazilərin mərkəzinə doğru əks-hücum əməliyyatına başladılar.
Son bir saat ərzində Qordeyevka, Vnezapnoye, Byaxovo, Apanasovka, Oktyabr-10, Vişnevka və Komarovkanı ələ keçirilib.
Ukrayna qoşunları Krasnoqoktyabrskinin böyük hissəsindən çıxarılıb.
Ordu Uspenovka, Obuxovka və Snagost kəndlərinə də daxil olub.
Hazırda Rusiya Silahlı Qüvvələrinin geri aldığı ərazilərin ümumi sahəsi 111 kvadrat kilometrə çatır. (Milli.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31