Putin: ABŞ silahlanma yarışını təhrik edir- ÖZƏL
10 Sentyabr 2024 18:22 DünyaOlaylar.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin ABŞ-nin aqressiv hərəkətləri ilə silahlanma yarışını təhrik etdiyini bildirib. Bu barədə o, "Okean-2024" təlimlərində çıxışı zamanı qeyd edib. Putin vurğulayıb ki, ABŞ-nin bu addımları Asiya-Sakit okean regionunda təhlükəsizlik arxitekturasını və güc balansını pozmaq məqsədi daşıyır. ABŞ həmçinin bu hərəkətləri ilə öz müttəfiqlərinin təhlükəsizliyinə məhəl qoymur.
Bundan əvvəl Çin XİN rəhbəri Van İ Rusiya, Çin və Laosun regional sülh və inkişafda konstruktiv qüvvələr olduğunu bəyan etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31