Yanvar-avqust aylarında Çinin digər ölkələrlə ticarət dövriyyəsi 3,7% artıb - ÖZƏL
10 Sentyabr 2024 17:12 DünyaOlaylar.az TASS-a istinadən xəbər verir ki, Çinin Baş Gömrük İdarəsinin məlumatına görə, yanvar-avqust aylarında Çinin digər ölkələrlə ticarət dövriyyəsi illik müqayisədə 3,7% artaraq 4,02 trilyon dollara çatıb.
Hesabatda qeyd olunub ki, Çinin ixracı bu dövrdə 4,6% artaraq 2,31 trilyon dollara, idxal isə 2,5% artaraq 1,71 trilyon dollara çatıb. Çinin səkkiz ay ərzində müsbət saldosu təqribən 608,5 milyard dollar qiymətləndirilir ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 11,2% çoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31