Ermənistan və Aİ viza rejiminin liberallaşdırılması üzrə danışıqlara başlayır — ÖZƏL
10 Sentyabr 2024 17:06 DünyaOlaylar.az TASS-a istinadən xəbər verir ki, Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan Avropa Komissiyasının vitse-prezidenti Marqaritis Şinasla görüşdən sonra Ermənistan və Avropa İttifaqı viza rejiminin liberallaşdırılması üzrə danışıqlara rəsmi başlandığını elan ediblər.
"Ermənistan viza rejiminin liberallaşdırılması üzrə dialoqun başlanmasına daha çox əhəmiyyət verir. Bununla belə başa düşür ki, bunun üçün ardıcıl və məqsədyönlü səylər tələb olunacaq. Biz bu prosesi miqrasiya, insanların hərəkəti və sərhədlərin idarə olunması kimi sahələrin modernləşdirilməsi üzrə strateji gündəm kimi görürük", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31