Onların debatı Kremlə maraqlı deyil

"Kreml ABŞ prezidentliyinə namizədlər Donald Trampla Kamala Harrisin debatını izləməyəcək".

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib. 

"Baxmağı planlaşdırmırıq və nə isə gözləmək bizim deyil, amerikalı seçicilərin işidir", - deyə Peskov qeyd edib. 

Xatırladaq ki, Trampla Harris arasında debat Filadelfiyada bu gün yerli saatla 21:00-da (Bakı vaxtı ilə sentyabrın 11-i saat 05:00-da) başlamalıdır. Debatı "ABC News" telekanalı yayımlayacaq. 

Onu da qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31