İsrail müdafiə naziri: HAMAS Qəzzada hərbi birləşmə kimi artıq mövcud deyil
10 Sentyabr 2024 15:05 Dünyaİsrailin müdafiə naziri Yoav Qallant 11 aydan çox davam edən müharibədən sonra HAMAS-ın Qəzzada mütəşəkkil hərbi qüvvə kimi mövcud olmadığını iddia edib.
Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə "The Times Of Israel" məlumat yayıb.
"HAMAS hərbi birləşmə olaraq artıq mövcud deyil. O, partizan müharibəsi ilə məşğuldur və biz hələ də HAMAS qüvvələri ilə mübarizə aparırıq" - deyə Qallant jurnalistlərə bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31