Telegram-da mesaj göndərmə ilə bağlı problemlər yarandı- ÖZƏL
10 Sentyabr 2024 14:42 DünyaOlaylar.az xəbər verir ki, bəzi istifadəçilər Telegram tətbiqində mesaj göndərmə ilə bağlı problemlərlə qarşılaşıblar.
Mesajların göndərilməsi adi haldan daha çox vaxt almağa başlayıb. Bundan əlavə, çatda hansı iştirakçının göndərilən mesajı oxuduğunu göstərən funksiyanın da demək olar ki, işləmədiyi bildirilir. Bu problemləri Sankt-Peterburq, Moskva və Tver vilayətindən olan istifadəçilər bildiriblər.
Bundan əvvəl Rusiya videohostinq platforması Rutube son iki il ərzində ən böyük DDoS hücumuna məruz qalmışdı. Hadisə ilə əlaqədar videohostinqdə yaxın zamanda digər problemlərin də ola biləcəyi qeyd edilirdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31