2024-cü ilin yanvar-iyul aylarında Rusiyanın xarici ticarət profisiti artıb - ÖZƏL
10 Sentyabr 2024 14:32 DünyaOlaylar.az TASS-a istinadən xəbər verir ki, Federal Gömrük Xidmətinin açıqladığı məlumatlara görə, Rusiyanın xarici ticarət profisiti 2024-cü ilin yanvar-iyul aylarında illik müqayisədə 20,25% artaraq 87,9 milyard dollara çatıb.
Hesabat dövründə ixrac 1,8 milyard dollar artaraq 241 milyard dollar, idxal isə 13 milyard dollar azalaraq 153,1 milyard dollar təşkil edib. Beləliklə, 2024-cü ilin yanvar-iyul aylarında Rusiyanın ticarət dövriyyəsi illik müqayisədə 2,8% azalaraq 394,1 mlrd. olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31