Rusiya mediasına hücum: ABŞ cavabını alacaq - Zaxarova
10 Sentyabr 2024 13:38 DünyaVaşinqton başa düşməlidir ki, Rusiyaya və onun mediasına qarşı atdığı hər addım öz cavabını alacaq.
Olaylar.az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Onların qəbul etdikləri hər şeyi düzgün oxuyuruq. Cavab tədbirlərinin olacağına şübhə etməsinlər", - Zaxarova qeyd edib.
Qeyd edək ki, ötən həftə ABŞ Maliyyə Nazirliyi RT telekanalının baş redaktoru Marqarita Simonyan və onun iki müavininə qarşı sanksiyalar tətbiq etdiyini açıqlamışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31