İsrail ordusu 3 yüksək səviyyəli HAMAS rəsmisinin öldürüldüyünü açıqladı

İsrail Müdafiə Qüvvələri (IDF) 7 oktyabr hücumunda birbaşa iştirak edən 3 yüksək səviyyəli HAMAS rəsmisinin öldürüldüyünü açıqlayıb.

Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Qeyd edilib ki, HAMAS hava qüvvələrinin Qəzzadakı rəhbəri Samer Ismail Khadr Abu Daqqa, HAMAS-ın Hərbi kəşfiyyat bölməsində Müşahidə və Hədəflər departamentinin rəhbəri Osama Tabesh və HAMAS-ın digər yüksək rütbəli zabiti Ayman Mabhouh zərərsizləşdirilib.

-------------

İsrailin Hərbi Hava Qüvvələri Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində humanitar zonanın ortasında yerləşən qərargahda olan HAMAS hərəkatının bir qrup yüksək vəzifəli fəalına zərbələr endirib.

Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Zərbədən əvvəl dəqiq döyüş sursatı və hava müşahidəsi də daxil olmaqla, mülki şəxslərə zərər vurma riskini azaltmaq üçün addımlar atılıb", - məlumatda bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31