NATO ölkələri Rusiya sərhədləri yaxınlığında təlimlərə başladılar- ÖZƏL
10 Sentyabr 2024 12:35 DünyaOlaylar.az xəbər verir ki, Şimali Atlantika Alyansı ölkələri Rusiya sərhədləri yaxınlığında bir sıra hərbi təlimlərə başlayıblar. Təlimlər payızın sonuna qədər davam edəcək.
Agentliyin məlumatına görə, şərq cəbhəsi boyunca 12 təlim keçirilməsi planlaşdırılır. Bu təlimlərdə Estoniya, Finlandiya, İtaliya, İspaniya, Latviya və digər ölkələrin nümayəndələri iştirak edəcəklər.
Brüssel üçün belə manevrlər yenilik deyil. May ayında Soyuq Müharibədən bəri ən böyük təlimlər olan "Steadfast Defender" tamamlanmışdı.
Daha əvvəl Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Qərbin Ukrayna münaqişəsinə cəlb olunmasının Üçüncü Dünya Müharibəsi təhlükəsi yaratdığını bildirmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31