İranlı general Rusiyaya getdi: Zəngəzur dəhlizi…

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Rusiyaya səfərə yola düşüb.

Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə IRNA məlumat yayıb.

Əli Əkbər Əhmədian BRİCS-ə üzv ölkələrin yüksək vəzifəli təhlükəsizlik rəsmilərinin iclasında iştirak etmək üçün Rusiyaya gedib.

Onun Zəngəzur dəhlizi ilə bağlı Rusiya rəsmiləri ilə ikitərəfli danışıqlar aparması da planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31