Paşinyan: Bakı ilə sülh sazişində 13 maddə və ön söz razılaşdırılıb
10 Sentyabr 2024 10:54 DünyaErmənistan və Azərbaycan sülh sazişi layihəsində 13 müddəa və ön sözü razılaşdırmağı bacarıb, Ermənistan hakimiyyəti artıq razılaşdırılmış bəndlərin imzalanmasını təklif edir.
Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan təklifini "Yerevan Dialogue" beynəlxalq forumundakı çıxışı zamanı bildirib.
"Sülh sazişi layihəsinin 13 müddəa və ön sözü tam razılaşdırılıb, 3 maddə qismən razılaşdırılıb, onlar təqribən iki təklifdən ibarətdir. Biz razılaşdırılmış müddəaları ən qısa zamanda imzalamağı təklif edirik", - Paşinyan qeyd edib.
Baş nazir əlavə edib ki, Cənubi Qafqazda sülh nəinki mümkündür, həm də realdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31