Rusiya BRİKS sammitində Latın Amerikası nümayəndələrini gözləyir — ÖZƏL
9 Sentyabr 2024 13:03 DünyaOlaylar.az xəbər verir ki, Rusiya XİN-in Latın Amerikası Departamentinin rəhbəri Aleksandr Şetinin "İzvestiya" ya bildirib ki, Rusiya Latın Amerikası ölkələrinin nümayəndələrinin Kazanda keçiriləcək BRİKS sammitində iştirakını gözləyir və müvafiq dəvətlər artıq göndərilib.
"Müvafiq dəvətlər göndərilib, iş gedir. Biz gözləyirik ki, BRİKS sammitində artıq BRİKS-in üzvü olan Braziliya ilə yanaşı, bir sıra Latın Amerikası ölkələrinin nümayəndələri də iştirak edəcək", - diplomat qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31