Kursk AES-də potensial fəlakət bütün Avropaya təsir edəcək - ÖZƏL

Ukraynanın hücumları nəticəsində Kursk Atom Elektrik Stansiyasında baş verə biləcək potensial fəlakətin nəticələri Avropaya təsir edə bilər.
Olaylar.az TASS-a istinadən xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, "Axmat" xüsusi təyinatlı komando bölməsinin komandiri general-mayor Aptı Alaudinov xəbərdarlıq edib.
"Ən yaxın qonşumuz olan Avropa Amerikadan nümunə götürür. Bu gün onlar Rusiya ərazisində, Kursk vilayətində yerləşən AES-lə oynayırlar. Amma amerikalılar onunla bir növ oyunlar oynamağa çalışırlar. Rusiya Kurçatov şəhərində nüvə enerjisini vurmaqla, Avropa anlamalıdır ki, bu obyektdə hər hansı bir fəlakət baş verərsə, bu fəlakət Avropa ölkələrinə də təsir edəcək", - o, bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31