Donald Tramp Kamala Harrisi 1 faiz səslə üstələyib
9 Sentyabr 2024 12:22 DünyaABŞ prezidentliyinə namizəd Kamal Harris Donald Trampla növbəti debat öncəsi liderliyi itirmək üzrədir.
Olaylar bildirir ki, sonuncu sorğunun nəticəsi rəqiblər arasında 1 faizlik fərqin yarandığını ortaya qoyub.
Belə ki, D. Tramp 48, K. Harris isə 47 faiz respondentin dəstəyini qazanıb.
"CBS News"un keçirdiyi rəy sorğusu isə əksinə, Kamala Harrisin 1 faiz öndə olduğunu göstərib. Rəqiblər arasında növbəti debatlar isə sentyabrın 10-da Filadelfiyada keçiriləcək.
Bu arada, Donald Tramp seçkidə qələbə qazandıqdan sonra saxtakarlıq faktlarında adları hallanan məmurlara qarşı sərt tədbirlər görəcəyinin anonsunu verib. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31