Rusiyada Şimal işıqlarını izləmək üçün ən yaxşı yerlər- ÖZƏL
9 Sentyabr 2024 12:01 DünyaBir çox səyahətçi Şimal işıqlarını görməyi arzulayır - bu təəccüblü təbii fenomen əsasən Yer kürəsinin qütblərinə yaxın bölgələrdə baş verir. Olaylar.az xəbər verir ki, Rusiyada onu daha çox Arktika bölgəsində izləmək mümkündür ki, bu da ölkənin təxminən beşdə birini əhatə edir və müxtəlif nəqliyyat əlçatanlığı və turizm infrastrukturunu təklif edir.
Aurora borealis, yəni Şimal işıqları mövsümü avqustun sonundan aprelin əvvəlinə qədər davam edir və gecə nə qədər uzun olarsa, bu hadisəni görmə ehtimalı bir o qədər yüksəkdir. Şimal işıqlarını izləmək üçün səma buludsuz və işıq çirklənməsindən uzaq olmalıdır, buna görə uzaq yerlər ən yaxşı müşahidə məntəqələri sayılır.
Kolski yarımadası bu təbii fenomeni müşahidə etmək üçün ən əlçatan və rahat yerlərdən biridir. Xüsusən qışda, qütb gecəsi yarımadada 42 gün davam edir və bu müddətdə parıltı görmə ehtimalı artır. Mürmansk ətrafında və Barents dənizi sahillərində bu gözəlliyi izləmək mümkündür.
Neneç Muxtar Dairəsi də Şimal işıqlarını parlaq şəkildə izləmək üçün ideal yerlərdəndir. Bu təbii fenomen yerli xalqların mədəniyyətində də mühüm simvolikaya malikdir.
Arxangelsk vilayətində də xüsusilə Kenozersk Milli Parkında Şimal parıltısını izləmək mümkündür.
Komi Respublikasında isə işığı ən yaxşı Vorkuta və Peçora şəhərlərində görmək olar. Həmçinin Krasnoyarsk diyarında yerləşən Putorana yaylası da bu möhtəşəm təbiət hadisəsinin ən təsirli görüntülərini təklif edir.