Taliban və Pakistan arasında silahlı toqquşma

Əfqanıstanda radikal Taliban hərəkatının qüvvələri ilə Pakistanın sərhəd qoşunları arasında iki ölkənin sərhədində silahlı toqquşmalar baş verib.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "TOLOnyus" məlumat yayıb.

Məlumata görə, Əfqanıstanın şərqində yerləşən Host vilayətinin sərhədi yaxınlığında yerli vaxtla təxminən saat 16:00-da Taliban ilə Pakistan hərbçiləri arasında atışma başlayıb. Tərəflərin ağır silahlardan da istifadə etdiyi iddia edilir.

Ölən və ya yaralananlar barədə məlumat verilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31