Ermənistan Ani körpüsü ilə bağlı Türkiyəyə təkliflərini verdi

Ermənistan Türkiyə ilə sərhəddə yerləşən Ani körpüsünün bərpası ilə bağlı öz təkliflərini qarşı tərəfə təqdim edib.

Olaylar.az APA-ya istinadən bildirir ki,  bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Qeyd edək ki, hələ bu ilin fevralında Türkiyə tarixi körpünün bərpası ilə bağlı təkliflərini Ermənistan tərəfinə vermişdi.

Xatırladaq ki, Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa etmək niyyətindədirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31