Rusiyada xərçəng əleyhinə vaksin üzrə tədqiqatlar tamamlanıb
7 Sentyabr 2024 13:52 DünyaXərçəng əleyhinə vaksinin tədqiqatları tamamlanıb, ilk mərhələnin sınaqları Rusiya Səhiyyə Nazirliyinin icazəsindən sonra başlayacaq.
Olaylar xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin ştatdankənar baş onkoloqu, Rusiya Elmlər Akademiyasının akademiki Andrey Kaprin məlumat verib.
"Biz klinikadan əvvəlki tədqiqatlarını keçirdik. İndi Səhiyyə Nazirliyinə məktub göndərilib ki, ilk mərhələ sınaqlarına icazə verilsin. İcazə alanda, saytda könüllülərin tibbi göstərişlərlə qəbuluna hazır olduğumuzu elan edəcəyik", - deyə Kaprin bildirib.
O qeyd edib ki, müalicəsi davam edən xərçəng xəstələri üçün vaksin kontrendikasiya olunacaq, buna görə də xəstələr müalicə tamamlanmadan vaksin ala bilməyəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31