Medvedev: Tramp seçkiləri qazansa belə, Rusiyaya qarşı sanksiyaları qaldırmayacaq- ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin fikrincə, Respublikaçı Donald Tramp ABŞ prezident seçkilərini qazansa belə, Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək.

Medvedev qeyd edib ki, Tramp öz ekstravaqantlığına və "sistem xarici" imicinə baxmayaraq, əslində kifayət qədər sistemli bir şəxsdir. "Tramp bir iş adamı kimi sanksiyaların dolların qlobal hökmranlığına ziyan vurduğunu anlayır. Lakin bu, ABŞ-də inqilab etməyə və məşhur chr("39")dərin dövlətchr("39") adlanan, Trampdan daha güclü olan antirusiya siyasətinə qarşı çıxmağa yetərli deyil," - Medvedev özünün Telegram kanalında yazıb.

Medvedev əlavə edib ki, Demokratlar Partiyasının namizədi Kamala Harris seçilsə belə, sanksiyalar aradan qaldırılmayacaq. "Ondan heç bir sürpriz gözləməyə dəyməz. O, təcrübəsizdir və rəqiblərinin iddiasına görə, sadəcə axmaqdır. Ona gözəl, amma mənasız çıxışlar hazırlayacaqlar və suallara darıxdırıcı, düzgün cavablar verəcəklər," - deyə Medvedev qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31