“Yalan məlumatlar yayılıb...” - Durovun sevgilisi

Teleqramın yaradıcısı Pavel Durovun Fransada həbsindən sonra gözlərdən itən sevgilisi Yuliya Vavilova baş verənlər fonunda ilk dəfə sosial şəbəkə hesabında paylaşım edib.

Olaylar xəbər verir ki, o, Parisdə çəkilən fotolar yayımlayaraq bunları yazıb:

"Çoxlu yalan məlumatlar yayılıb, amma bu, gələcəyin mövzusudur".

Qeyd edək ki, Pavelin saxlanılmasından sonra Yuliya Vavilovanın harada olması barədə məlumat yox idi. Hadisədən iki gün əvvəl Vavilova anası ilə danışıb. Durov saxlanılandan bəri o, zənglərə cavab vermirdi. Yaxınları onunla əlaqəni itirdiklərini bildirmişdilər. Avqustun 27-də onun və Durovun mühafizəçisinin dindirildikdən sonra sərbəst buraxıldığı məlum olub.

Bir müddət əvvəl isə Durov sevgilisi Yuliya Vavilova ilə Parisdə Yelisey meydanında gəzərkən görüntülənib. (qafqazinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31