Almaniya kansleri Zelenski ilə görüşdü

Almaniya kansleri Olaf Şolts Frankfurtda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Olaylar.az report-a istinadən xəbər verir ki, bu barədə kansler "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Almaniya Ukraynanın Avropada ən güclü tərəfdarı olub və belə də qalmaqdadır. Biz Ukraynanı lazım olduğu qədər dəstəkləyəcəyik", - o bildirib.

Xatırladaq ki, V.Zelenski Almaniyada Ramşteyn formatında keçirilən Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun 24-cü iclasında iştirak edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31