Almaniya Ukraynaya 150 milyon avroya 12 özüyeriyən haubitsa verəcək- ÖZƏL

Berlin Kiyevə 150 ​​milyon avro dəyərində 2000-ci il modelinin daha on iki "Panzerhaubitze" özüyeriyən artilleriya qurğusu (özüyeriyən silah) verəcək. 

Olaylar.az xəbər verir ki, bu barədə cümə günü, sentyabrın 6-da Almaniyanın müdafiə naziri Boris Pistorus məlumat verib.

Hərbi idarənin rəisi aydınlaşdırıb ki, altı artilleriya qurğusu bu il ABŞ Hərbi Hava Qüvvələrinin Ramşteyndəki bazasına, digər altı artilleriya isə gələn il göndəriləcək.

"Bild"in məlumatına görə, Ukrayna prezidenti Vladimir Zelenski Almaniyanın müdafiə naziri və Pentaqon rəhbəri Lloyd Ostin ilə danışıqlar zamanı Ukrayna ordusuna verilən silahların sayını artırmağa çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31