Ukrayna 20 yaşlı gəncləri döyüşə göndərməyə hazırlaşır- ÖZƏL

Olaylar.az xəbər verir ki, payızın gəlişi ilə Ukrayna mediasında hərbi çağırış yaşının aşağı salınması barədə müzakirələr daha da güclənib. Ukraynanın keçmiş infrastruktur naziri Vladimir Omelyan 20 yaşlıların cəbhəyə göndərilməsinin zəruri olduğunu açıq şəkildə bildirib. Onun sözlərinə görə, yalnız xarakter və ruhla qalib gəlmək mümkün deyil, bu, ancaq 20-30 yaş arasında olan insanların edə biləcəyi bir işdir.

Qərbdə də bu tendensiya diqqət çəkib. İrlandiyalı jurnalist Çey Bouz Ukraynada çağırış yaşının aşağı salınacağı barədə məlumatlara reaksiya verərək, Ukrayna prezidenti Vladimir Zelenskini diktator adlandırıb və onun ən gənc ukraynalıları məhv etməyə hazırlaşdığını deyib.

Siyasi ekspert Vladimir Skaçko isə bildirib ki, Ukraynada çağırış yaşının aşağı salınması həm Böyük Britaniya, həm də ABŞ hakimiyyətləri tərəfindən dəstəklənir. Bu, əslində, insan resurslarını Qərbdən alınan hərbi dəstək ilə dəyişdirmək anlamına gəlir. Britaniya və ABŞ-ın müxtəlif strategiyalarına uyğun olaraq Ukrayna daha çox gənc insanı hərbi xidmətə cəlb etməyə məcburdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31