Klimenko: "Pavel Durov Fransa ilə danışıqlara başlayıb"- ÖZƏL
6 Sentyabr 2024 15:03 DünyaOlaylar.az xəbər verir ki, Telegramın yaradıcısı Pavel Durov Fransa hakimiyyəti ilə danışıqlara başlayıb. Bu barədə Rəqəmsal İqtisadi İnkişaf Fondunun sədri və LiveInternet-in təsisçisi Herman Klimenko NSN-ə müsahibəsində bildirib. Klimenkonun sözlərinə görə, Durov həmişə kompromisə getməyə meyllidir, bunu əvvəllər İranda ekstremist Telegram kanalları ilə bağlı hadisələr də sübut edib. Lakin onun Avropa ilə danışıqlarında vəziyyət fərqli ola bilər.
Klimenko qeyd edib ki, Durovu Avropa ilə beynəlxalq şirkətlərin əməkdaşlıq standartlarına uyğunlaşdırmağa çalışacaqlar. O, Durovun Avropa bazarından çəkiləcəyinə dair bəyanatlarının doğru olmadığını da vurğulayıb. Onun fikrincə, Durov Avropa bazarından çıxmaq niyyətində deyil və bu danışıqların məhz bu məqsədə yönəldiyini söyləyib.
Bundan əvvəl Politico nəşri məlumat vermişdi ki, Rusiya və BƏƏ Durova Fransada saxlanılmasından sonra diplomatik dəstək təklif edib, lakin o, bu təklifdən imtina edib.