Zelenski Almaniyaya gedib

Ukrayna Prezidenti Vladimir Zelenski Almaniyaya gedib. O, Ramşteyn aviabazasında Təmas Qrupunun iclasında iştirak edəcək.

Olaylar bildirir ki, bu barədə o, "X" platformasındakı paylaşımında bildirib.

"Mən Təmas Qrupun iclasında iştirak edəcəyəm və ABŞ-nin müdafiə naziri Lloyd Ostin və Almaniyanın müdafiə naziri Boris Pistorius ilə görüşəcəyəm, daha sonra isə Almaniya Kansleri Olaf Şoltsla danışıqlar aparacağam", -o qeyd edib.

Vladimir Zelenski onu da bildirib ki, Almaniyadan sonra növbəti səfəri İtaliyaya olacaq. O, İtaliyada "Ambrozetti" Beynəlxalq İqtisadi Forumunda iştirak edəcək. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31