Fransada solçular yeni seçilən baş nazirə etimadsızlıq votumu irəli sürəcək

Fransada sol blokun ən böyük partiyası olan "Əyilməz Fransa" (LFI), eləcə də Sosialist Partiyası (PS) və Kommunist Partiyası (PCF) ölkənin yeni baş naziri Mişel Barnyeyə etimadsızlıq votumu irəli sürəcək.

Olaylar.az ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, bu barədə LFI deputatı Erik Kokrel deyib.

"Biz etimadsızlıq votumu irəli sürəcəyik və düşünürəm ki, "Yeni Xalq Cəbhəsi"ndən olan tərəfdaşlarımız da bunu edəcəklər", - o bildirib.

Qeyd edək ki, sentyabrın 5-də növbədənkənar parlament seçkilərinin başa çatmasından 60 gün sonra Fransa prezidenti Emmanuel Makron 73 yaşlı Mişel Barnyeni yeni hökumət başçısı təyin edib. O, bu vəzifədə ən yaşlı siyasətçi olacaq və Beşinci Respublikanın ən gənc baş naziri, 35 yaşlı Qabriel Attalı əvəzləyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31