Tramp və Harris debatların keçirilmə qaydaları ilə razılaşdı

Hər iki namizəd - Kamala Harris və Donald Tramp - mikrofonların eyni vaxtda deyil, növbə ilə açılacağı barədə razılaşdığını bildirib.

Olaylar.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Bu qaydalar iyunun sonunda CNN-də keçirilmiş müzakirələrdə tətbiq olunmuşdu, burada Co Baydenin çıxışı kifayət qədər uğursuz hesab edildiyindən, demokratlar seçkilərdə namizədi Kamala Harris ilə əvəz etdilər.

Lakin Harrisin seçki qərargahı kanalın rəhbərliyinə mikrofonların müzakirə müddətində tamamilə söndürülməməsini tələb edib.

Tramp isə rəqibini müzakirədən yayınmağa çalışmaqda günahlandırdı.

Qeyd edək ki, təqdim edilən qaydalar hər iki namizədin seçki qərargahlarının rəhbərləri tərəfindən təsdiqləndi.

Xatırladaq ki, ABŞ prezidentliyinə namizədlər Donald Tramp və Kamala Harris arasında debat sentyabrın 10-da keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31