Trampın Ukraynada qısa zamanda sülhə nail olmağa çalışması problemə səbəb olacaq - İtaliyalı nazir
22 İyul 2024 11:10 DünyaGörünür, Trampın planı hər şeyi tez, lakin ədalətsiz etməkdir.
Olaylar xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Qvido Krozetto deyib.Onun sözlərinə görə, ABŞ-nin keçmiş prezidenti Donald Tramp Ağ Evə qayıdacağı təqdirdə nəyin bahasına olursa olsun, Ukraynada qısa zamanda sülhə nail olmağa çalışacaq və bu problemə səbəb olacaq.
"Fikrimcə, o ABŞ-nin siyasət xəttini dəyişəcək, məsələni tez bağlamaq üçün Rusiya ilə dialoqu bərpa etməklə sülhə nail olmağa çalışacaq və bu da problem ola bilər", - o deyib. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31