Robert Kennedi: Trampı ancaq mən məğlub edə bilərəm
22 İyul 2024 09:36 DünyaABŞ-də prezident seçkilərində müstəqil namizəd olan Robert Kennedi Respublikaçılar Partiyasının namizədi Donald Trampa yalnız özünün qalib gələ biləcəyini açıqlayıb.
Olaylar.az xəbər verir ki, bu barədə o, mətbuat konfransında bildirib.
"Trampa qalib gələ biləcək başqa namizəd yoxdur. Ona qalib gələ biləcəyimə inanıram", - Kennedi deyib.
Siyasətçi Tramp seçiləcəyi halda ABŞ-də vəziyyətin pisləşəcəyini bildirib.
Qeyd edək ki, kiçik Robert Kennedi ABŞ-nin sui-qəsdə uğrayaraq öldürülən 35-ci prezidenti Con Kennedinin qardaşı oğludur. (teleqraf)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31