Macarıstan və Aİ arasında əlaqələr kəsilmək üzrədir- ÖZƏL
16 İyul 2024 15:42 DünyaOlaylar.az xəbər verir ki, Aİ sədri Macarıstanın xarici siyasətinin Aİ administrasiyasından ayrı olması və Rusiya-Ukrayna müharibəsi ilə bağlı diplomatik təşəbbüs göstərməsi uzun müddət gərgin olan Aİ-Macarıstan bağının kəsilməsinə səbəb olub. Aİ Komissiyası Macarıstanın sədrliyi ilə keçiriləcək heç bir qeyri-rəsmi iclasda iştirak etməyəcək. Bir çox Aİ ölkəsi də Orban rəhbərliyinə etiraz edərək yüksək səviyyəli görüşlər keçirməyəcəklərini açıqlayıb. Bu qərar Aİ tarixində bir ilkdir.
Keçən həftə Macarıstanın baş naziri Viktor Orban Kiyevdə Ukrayna lideri Zelenski ilə, daha sonra Moskvada Rusiya lideri Putinlə, Pekində Çin lideri Xi ilə və nəhayət ABŞ prezidentliyinə namizəd Donald Trampla görüşdü; Bu, Aİ administrasiyası tərəfindən sərt şəkildə tənqid edilib.
Rusiya-Ukrayna müharibəsində sülh axtarışında bu səfərləri etdiyini deyən Orbana Aİ rəhbərliyi "O, bizi təmsil etmir" cavabını verib.
Ən son hadisə isə Aİ administrasiyasının Macarıstanın Aİ-yə sədrliyi dövründə keçirilən qeyri-rəsmi görüşlərə komissarları göndərməyəcəyini açıqlaması olub.
Macarıstan 6 ay müddətində dekabrın 31-dək Aİ-yə sədrlik edəcək.
Budapeşt rəhbərliyi Aİ-yə sərt reaksiya göstərərək, "Aİ üzv dövlətlərin yaratdığı beynəlxalq təşkilatdır. Aİ Komissiyası da AB-nin bir qurumudur. Aİ Komissiyası hansı qurumları və üzv dövlətləri seçə bilməz. Komissiyanın bütün qərarları indi siyasi mülahizələrə əsaslanırmı?" bəyanat verdi.
Avropa Komissiyası prezidentinin sözçüsü Erik Mamer deyib: "Macarıstanın sədrliyinin başlanğıcını qeyd edən son hadisələr fonunda Avropa Komissiyasının sədri Ursula fon der Leyen Aİ Komissiyasının yüksək səviyyəli mülki iclasda təmsil olunmasına qərar verib" dedi.
Mamerin jurnalistlərə ayrı bir mesajında zaman məhdudiyyətinin olmadığını söylədiyi qərar, Aİ Komissiyasının iştirakını təsirli şəkildə azaldır.
Orbanın Fidesz partiyasının vitse-prezidenti Kinqa Qal, bu addımın fon der Leyenin seçki kampaniyasının bir hissəsi olduğunu söylədi. "Biz Fon der Leyenin Aİ institutlarından, xüsusən də Macarıstana qarşı, siyasi şantaj və təzyiq üçün istifadə etməsinə öyrəşmişik" deyən Qal, "Bu, qəbuledilməzdir və Avropa əməkdaşlığının mahiyyətinə ziddir" dedi.
Keçən həftə İsveç, Finlandiya, Estoniya, Latviya, Litva və Polşa Orbanın Rusiya prezidenti Vladimir Putinlə danışıqlarına etiraz olaraq bu ay Macarıstanın Aİ-yə sədrliyi ilə bağlı hökumət iclaslarına nazirləri göndərməyəcəklərini bildiriblər.
İsveçin AB işləri üzrə naziri Jessika Roswall, ölkələrin yalnız dövlət qulluqçuları ilə təmsil olunacağını və digər Aİ-yə üzv ölkələrin də oxşar hərəkətləri müzakirə etdiklərini söylədi.