ABŞ-də milli parkda iki səyahətçi ölü tapıldı
16 İyul 2024 14:04 DünyaABŞ-nin qərbindəki Yuta ştatında milli parkda iki səyahətçi ölü tapılıb.
Olaylar xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Milli Park Xidməti rəsmiləri məlumat yayıb.
Onların açıqlamasına görə, San Juan dairəsinin ucqar şimal-qərb hissəsində cığırla gəzinti zamanı ölənlər ata və qızı olub.
Onları çıxarmaq üçün İctimai Təhlükəsizlik Departamentinin helikopter köməyindən istifadə edilib.
San Juan dairəsinin polis ofisi və Milli Park Xidməti hadisə ilə bağlı araşdırma aparır. İlkin ehtimala görə, bədbəxt hadisənin baş verməsinə əsas səbəb həmin ərazidə yüksək temperaturun qeydə alınmasıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31