Qərb OPCW-də Rusiyanı kimyəvi silahdan istifadə etməkdə ittiham etməyə hazırlaşır - ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiyanın təşkilatdakı nümayəndəsi Vladimir Tarabrin bildirib ki, Qərb Rusiyanı kimyəvi silahdan istifadə etməkdə ittiham etmək üçün OPCW-nin texniki katibliyi ilə işləyir.

Rusiyanın Hollandiyadakı səfiri vəzifəsini də icra edən diplomat deyib ki,  onlar işləyir və işləməyə davam edəcəklər:

"Biz buna hər cür qarşı çıxırıq və konkret faktlardan istifadə etməklə bütün bu cəhdlərin əsassız olduğunu göstərməyə çalışırıq.

Hələ ki, Rusiyaya qarşı vaxtilə Suriyaya tətbiq edilən mexanizmlərin işə salınması prosesinin başlandığını göstərən heç bir addım yoxdur", - diplomat davam edib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31