Peskov: ABŞ münaqişəni davam etdirməkdə israrlıdır- ÖZƏL

Kremlin sözçüsü Dmitri Peskov ABŞ-ın Ukrayna münaqişəsində dialoqa qarşı olduğunu bildirib. 

Olaylar.az xəbər verir ki, onun fikrincə, ABŞ, son ukraynalıya qədər bunda israr edəcək. O, vurğulayıb ki, Amerika, qarşıdurmanın davam etməsini təmin etmək üçün pul və hərbi resursları əsirgəmir.

Bundan əlavə, o, Donald Trampın seçkilərdə qalib gələcəyi təqdirdə böhranın həllində vasitəçi olub-olmayacağı ilə bağlı fikirləri də fərziyyə adlandırıb.

"Gəlin, seçkilərin nəticəsini gözləyək, amerikalı seçicilər gələcəklərinə özləri qərar verəcəklər. Bu, onların narahatlığıdır, bizim deyil", - deyə Peskov müvafiq suallara cavab verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31