Ayın öz GPS infrastrukturu olacaq- ÖZƏL

Olaylar.az xəbər verir ki, son illərdə Aya maraq artıb və bu maraq yarışa çevrilib. Bununla belə, Çin alimlərinin fikrincə, Ay tezliklə öz peyk naviqasiya sisteminə sahib ola bilər.

Çin Kosmik Gəmi Sistemləri Mühəndisliyi İnstitutundan bir qrup, Çinin məqsədlərinə dəstək olmaq üçün real vaxt rejimində Ay ətrafında yüksək dəqiqlikli naviqasiya təmin edəcək 21 peykin inşasını qiymətləndirir. Araşdırmaya görə, peyklər davamlı və sərfəli bir dizaynla üç mərhələdə dörd növ orbitdə yerləşdiriləcək.

Çin Ayda GPS şəbəkəsi quracaq!

Məlumatlara görə, peyklərin inşası üçün vaxt qrafiki hələ müəyyən edilməyib, lakin Çin 2030-cu ilə qədər Aya astronavt göndərməyi və 2035-ci ilə qədər beynəlxalq tərəfdaşlarla Ayın cənub qütbündə tədqiqat bazası yaratmağı hədəfləyir. Ayın yaxın hissəsindən nümunələr toplayan Çinin Changchr("39")e-5 missiyasının baş konstruktorlarından biri olan Peng Jing-in rəhbərlik etdiyi qrupa görə, real vaxt rejimində, yüksək dəqiqlikli naviqasiya və yerləşdirmə sistemi (GPS) Ayın səthinə enmə, qalxma və kəşfiyyat böyük faydalar təmin edə bilər. Yer ətrafında dövr edən qlobal naviqasiya peyk sistemləri adətən 20-35 peykdən ibarətdir və bir neçə metr dəqiqlik təklif edir. Çinli tədqiqatçılar, Yerdəki kimi, ən azı dörd peykdən gələn siqnalları qəbul edərək Ayın orbitində oxşar struktur qurmağı və onun yerini müəyyənləşdirməyi planlaşdırırlar.

Planlara görə, birinci mərhələdə son dərəcə elliptik, son dərəcə sabit orbitdə cəmi iki peykin yerləşdirilməsi nəzərdə tutulur. İkinci mərhələdə, doqquz peyk və iki orbit növü əlavə etməklə, peyk sistemi Ayın cənub qütb bölgəsi üçün tam zamanlı naviqasiyanı təmin etmək və Yerlə fasiləsiz əlaqə yaratmaq məqsədi daşıyır. Son mərhələdə Ayın səthində hər hansı bir yer üçün vaxtın 70 faizindən çoxunda dəqiq yerləşdirməni təmin edən ümumilikdə 21 peykin dörd növ orbitdə yerləşdirilməsi planlaşdırılır.

Çin rəqibsiz deyil!

Çin Aya əsaslanan naviqasiya sistemləri qurmaq istəyən yeganə ölkə deyil. ABŞ (NASA), Avropa (ESA) və Yaponiya (JAXA) da oxşar GPS sisteminin yaradılması üzərində işləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31