Çin casus peyk şəbəkəsi supergörmə qabiliyyətinə malikdir- ÖZƏL

Olaylar.az xəbər verir ki, Çin aşağı ayırdetmə qabiliyyətinə malik peyk görüntülərində böyük döyüş gəmilərinin axtarışı üçün texnika hazırlayıb. 

Dalian Dəniz Akademiyasından Honq Jun bildirib ki, o və həmkarları ABŞ-ın Nimitz sinifli təyyarə gəmisini, Ticonderoga sinifli kreyserini və Arleigh Burke sinifli esminesini peyk görüntülərində aşkar edə biliblər. 

Onun sözlərinə görə, inkişaf gəminin arxasında qalan dalğaların təhlilinə əsaslanır, çünki hər bir gəmi dəniz səthində müəyyən dalğa nümunəsi ilə xarakterizə olunur. Bundan istifadə etməklə alimlərin yaratdığı alqoritm döyüş gəmisinin modelini müəyyən edə bilər.

Son illərdə Çin, ABŞ-ın Keyhole casus peyklərinin imkanlarına uyğun gələn 0,1 metrə qədər təsvir ölçüsünə malik geniş peyklər şəbəkəsini yerləşdirib. Dünyada çox az ölkə belə texnologiyalarla öyünə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31