Almanların 47%-i bu münaqişədən qorxur- ÖZƏL
16 İyul 2024 11:43 DünyaAlmanların 47%-i Amerikanın uzaqmənzilli silahlarının Almaniyada yerləşdirilməsinə görə Rusiya ilə hərbi münaqişədən qorxur.
Olaylar.az xəbər verir ki, bunu "Forsa"nın son sorğusu göstərir.
"Almaniya vətəndaşlarının 47%-i uzaqmənzilli silahların yerləşdirilməsinin Rusiya ilə Qərb Müdafiə Alyansı arasında münaqişə riskini artıracağından qorxur", - hesabatda deyilir.
Sakinlərin yalnız 17%-i bundan narahat deyil. Müharibə əleyhdarı Sarah Vaqenknext İttifaqı və sağçı Almaniya üçün Alternativ partiyasının tərəfdarları xüsusilə şübhə ilə yanaşırlar. Müəlliflərin fikrincə, narahat olan Yaşıl seçicilərin sayı nisbətən azdır.
Xatırladaq ki, Vaşinqton Almaniya ərazisində uzaqmənzilli zərbə sistemləri yerləşdirməyə hazırlaşır. Almaniyanın müdafiə naziri Boris Pistorus deyib ki, ABŞ hakimiyyəti Berlinin özünün belə silah sistemləri hazırlayacağını gözləyir.
Almaniya kansleri Olaf Şolz ölkədə yeni Amerika raketlərinin yerləşdirilməsi planlarının Rusiya ilə eskalasiyaya töhfə verməyəcəyi fikrində olduğunu bildirib. Öz növbəsində Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov ABŞ-ın Almaniyada hipersəs silahları yerləşdirmək planlarını səhv adlandırıb.