Aleksey Muxin: Aİ və ABŞ sanksiyaları İran və Rusiyanı yaxınlaşdırır - ÖZƏL

Politoloq Muxin Aİ-nin İrana qarşı sanksiyaları haqqında: Bu, qlobal iqtisadiyyata zərbədir.

Olaylar.az xəbər verir ki, Avropa İttifaqı Tehranın Moskva ilə əlaqələrini əsas gətirərək, İrana qarşı sanksiyaları bir il müddətinə uzadıb. Siyasi İnformasiya Mərkəzinin direktoru Aleksey Muxin Aİ-nin hərəkətlərini tənqid edib. Məhdudiyyətlər İran vətəndaşlarının Aİ-yə daxil olmasını qadağan edir, maliyyə aktivlərini və investisiyalarını bloklayır və digər məhdudiyyətlər tətbiq edir. İyunun sonunda Amerika Birləşmiş Ştatları Tehrana qarşı sanksiyalarını gücləndirdi.

Muxin qeyd edib ki, İran uzun müddət Qərbin məhdudiyyətləri altında yaşadığı üçün artan sanksiya təzyiqindən sağ çıxacaq. O, bunun Tehranı birgə layihələrdə Moskvaya daha da yaxınlaşdıracağını vurğulayıb. Politoloq əlavə edib ki, hər il sanksiyalar daha az effektli olur və bunun günahkarı Aİ ölkələri və ABŞdır. "Podmoskovye seqodnya" internet nəşri xəbər verir ki, Muxin izah edib ki, sanksiyaların genişləndirilməsində israrlı olmaq BMT və Ümumdünya Ticarət Təşkilatında yaradılmış qlobal iqtisadi sistemi məhv edir və belə şəraitdə sanksiyalar mexanizmi sadəcə olaraq yox olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31