Peskov: Rusiya ABŞ-ın daxili siyasi proseslərinə qarışmaq fikrində deyil- ÖZƏL
16 İyul 2024 11:39 DünyaRusiya heç vaxt ABŞ-da daxili siyasi proseslərə qarışmayıb və qarışmağı planlaşdırmır.
Olaylar.az xəbər verir ki, bu açıqlama ilə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov çıxış edib.
"Biz heç vaxt ABŞ-dakı daxili siyasi proseslərə qarışmamışıq və qarışmaq niyyətində deyilik",-deyə o, qeyd edib.
Rusiya liderinin mətbuat katibi əlavə edib ki, eyni zamanda Rusiya Federasiyası da digər ölkələr kimi Amerikada baş verənləri diqqətlə izləyir, çünki o, dünyanın ən böyük iqtisadiyyatına sahib və "ən güclü hərbi ölkə"dir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31