Nikol Paşinyan məzuniyyətə çıxdı
16 İyul 2024 10:55 DünyaErmənistanın Baş naziri Nikol Paşinyan məzuniyyətə çıxıb.
Olaylar.az bildirir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb. Belə ki, Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan onun avqustun 12-dək məzuniyyətdə olacağını deyib."Paşinyan iyulun 15-dən məzuniyyətdədir. Baş nazir məzuniyyətinin böyük hissəsini Ermənistanda keçirəcək", - o qeyd edib.
Nazeli Baqdasaryan həmçinin bildirib ki, Nikol Paşinyan bu həftə Londonda keçiriləcək Avropa Siyasi Birliyinin dördüncü sammitində iştirak edəcəyi üçün məzuniyyətini yarımçıq qoyacaq. (Sfera)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31