Rusiya "əriyir": 75 il sonra əhalinin sayı...

Növbəti 75 il ərzində Rusiya əhalisi hər il orta hesabla 300-600 min nəfər azalacaq və əsrin sonunda son 135 ilin minimumuna enəcək.

Olaylar xəbər verir ki, bu barədə BMT-nin İqtisadi və Sosial məsələlər üzrə Departamentinin proqnozunda deyilir.

BMT demoqraflarının hesablamalarına görə, hazırda 145,2 milyon nəfər olan Rusiya əhalisi 2035-ci ildə 140 milyon, 2050-ci ildə 136,2 milyon və 2075-ci ildə 128,64 milyon nəfərə qədər azalacaq.

2100-cü ilə qədər Rusiyanın əsas əhalisi 126,43 milyon nəfərə düşəcək ki, bu da 1965-ci ildən bəri ən aşağı göstəricidir. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31