İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 6 dinc sakin həlak olub - ÖZƏL
16 İyul 2024 10:34 DünyaOlaylar.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin Qəzzanın mərkəzinə endirdiyi zərbələr nəticəsində azı 6 mülki şəxs həlak olub.
Nuseyrat qaçqın düşərgəsindəki binaya endirilən hava zərbəsi nəticəsində bir neçə mülki şəxs həlak olub, bəziləri isə yaralanıb. Fələstin Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, həkimlər dağıntılar altından 6 cəsədi çıxarıblar.
WAFA qeyd edib ki, Qəzza zolağında münaqişə başlayandan bəri əksəriyyəti qadın və uşaq olmaqla 38 664 mülki şəxs həlak olub, 89 097 nəfər isə yaralanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31