Tramp sui-qəsd cəhdindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb
16 İyul 2024 09:46 DünyaABŞ-nin keçmiş prezidenti Donald Tramp Pensilvaniyadakı mitinqdə sui-qəsd cəhdindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxaraq Respublikaçıların Milli Qurultayına gəlib.
Olaylar-ın məlumatına görə, Respublikaçı tərəfdarlarının qarşısına qulağı sarğı ilə çıxıb. O, ictimaiyyətə "ABŞ-ın növbəti prezidenti" kimi təqdim edilib.D.Tramp tribunada ABŞ-ın vitse-prezidentliyinə namizəd olan Ohayo ştatından olan senator Ceyms Devid Venslə yanaşı oturub. Eks-prezidentin qurultayda əsas çıxışının cümə axşamı, iyulun 18-də olacağı gözlənilir. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31