Trampa qarşı sui-qəsd cəhdi ilə bağlı yeni TƏFƏRRÜAT: üç növ silahdan atəş açılıb

ABŞ-nin keçmiş prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdi ilə bağlı yeni detallar açıqlanıb.

Olaylar.az xəbər verir ki, bu barədə "CNN" telekanalı məlumat yayıb.

ABŞ Milli Media kriminalistika Mərkəzinin ekspertləri Katalin Qriqoras və Koul Uaytkottona istinad edən telekanal bildirib ki, Trampa qarşı sui-qəsd cəhdi zamanı üç fərqli silah növündən atəş açılıb.

Belə ki, ilk üç atəş bir silah növündən, sonrakı beş atəş ikinci silahdan açılıb. Ekspertlərin "akustrik impuls" adlandırdığı sonuncu atəş isə üçüncü silah növündən açılıb.

Xatırladaq ki, iyulun 14-də ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı sui-qəsd cəhdi olub. Atışma nəticəsində bir nəfər ölüb, 2 nəfər yaralanıb. Sui-qəsdə cəhd edən 20 yaşlı Tomas Metyu Kruks zərərsizləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31