Ermənistan xarici işlər naziri Nyu-Yorka getdi
15 İyul 2024 15:16 DünyaErmənistanın xarici işlər naziri Ararat Mirzoyan Nyu-Yorkda işgüzar səfərdədir.
Olaylar xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin mətbuat katibi Ani Badalyan qeyd edib ki, Ararat Mirzoyan BMT-nin Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumunun nazirlər seqmentində iştirak edəcək, burada ölkə hökumətinin üçüncü milli hesabatını təqdim edəcək və bir sıra görüşlər keçirəcək.
Mirzoyanın səfəri iyulun 16-da başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31