Çeçenistanda qaz balonları partladı, beş nəfər öldü

Çeçenistanda tikinti sahəsində baş verən partlayış nəticəsində beş nəfər ölüb, 26 nəfər yaralanıb.

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Partlayış İtum-Kalinski rayonunun Başin-Kali kəndində tikinti sahəsində baş verib.

İlkin məlumata görə, qaz balonları partlayıb. (Sfera)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31