Somalidə bomba yüklü avtomobillə hücum: 5 ölü, 20 yaralı- ÖZƏL
15 İyul 2024 14:22 DünyaOlaylar.az xəbər verir ki, Somalidə bir restoranın qarşısında bomba yüklü avtomobillə edilən hücumda 5 nəfər ölüb, 20 nəfər yaralanıb.
Somalinin paytaxtı Moqadişuda dünən axşam saatlarında 2024-cü il Avropa Futbol Çempionatının finalını izləyənlərin yerləşdiyi restoranın qarşısında bomba yüklü avtomobillə hücum təşkil edilib. Polisin verdiyi açıqlamada avtomobilin partlaması nəticəsində 5 nəfərin öldüyü, 20 nəfərin yaralandığı bildirilib. Partlayış nəticəsində 10 avtomobilin yararsız hala düşdüyü, bir çox binanın zədələndiyi qeyd edilib.
Hücuma görə məsuliyyəti "Əş-Şəbab" terror təşkilatı öz üzərinə götürüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31