Orban Ukraynadakı münaqişənin həlli planını Aİ liderlərinə təhvil verib- ÖZƏL
15 İyul 2024 13:50 DünyaMacarıstanın Baş naziri Viktor Orban öz sülhməramlı missiyasının nəticələrinə görə Ukraynadakı münaqişənin həlli ilə bağlı Avropa liderlərinə təkliflər göndərib.
Olaylar.az xəbər verir ki, Baş nazirin köməkçisi Balazs Orban "Magyar Nemzet" qəzetinə açıqlama verib.
O bildirib ki, Baş nazir danışıqların birinci mərhələsinin nəticələri, sülh missiyası və Macarıstanın təklifləri barədə Avropa Şurasının liderlərini yazılı şəkildə məlumatlandırıb.
Onun sözlərinə görə, macar siyasətçinin planı hazırda Avropa İttifaqının hər bir baş nazirinin yanındadır. Bu sənəd, Balazs Orbanın qeyd etdiyi kimi, vəziyyətin real qiymətləndirilməsini, real məqsədləri və müvafiq fəaliyyət cədvəlini ehtiva edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31