Trampı öldürməyə cəhd edən atıcı Gizli Xidmət agentləri tərəfindən öldürülüb- ÖZƏL
15 İyul 2024 13:26 DünyaOlaylar.az xəbər verir ki, Washington Post qəzetinin jurnalisti Meril Kornfild Donald Trampı öldürməyə cəhd edən atıcının öldürüldüyünü bildirib. Prezidentliyə namizədin çıxışını izləyənlərdən biri də dünyasını dəyişib.
İnternetdə Donald Trampı öldürməyə cəhd edən atıcının cəsədini əks etdirən video yayılıb. Cəsəd binanın damında podiumun kənarında tapılıb.
"Əlində silah olan bir oğlan görürəm. Düşünürəm ki, onu vurublar", - videonun müəllifinin şərhi eşidilir.
Batler dairəsinin prokuroru Riçard Qoldinqer iki nəfərin öldüyünü təsdiqləyib. Onlardan biri mitinq iştirakçısı, digəri cinayətkardır. Daha bir nəfər də ağır yaralanıb.
Tramp mitinqdə baş verən atışmadan sonra xalq qarşısında çıxış etməyi planlaşdırdığını bildirib. Co Bayden də müraciət etməyi planlaşdırır.